FLORİDA SƏMASINDA TƏYYARƏ QƏZASI NƏTİCƏSİNDƏ İKİ NƏFƏR HƏLAK OLUB

ABŞ-ın Florida ştatı səmasında iki yüngül təyyarənin toqquşması nəticəsində iki nəfər həlak olub.

Bu barədə “ABC” televiziya kanalı xəbər verib.

Məlumata əsasən, hadisənin araşdırılması ilə məşğul olan Polk dairəsi üzrə şerif idarəsi daha çox ölənlərin ola biləcəyini də istisna etməyib.

Qəza yerli gölün üzərində baş verib, təyyarənin qalıqları sudadır. Toqquşmanın səbəbi müəyyənləşdirilir.