FİTRƏ ZƏKATI NƏ QƏDƏR VERİLMƏLİDİR? – AÇIQLAMA

Bu il Ramazan bayramı mayın 2-nə təsadüf edir və bayram namazına qədər evdən fitrə zəkatı çıxarılmalıdır.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurullayev bildirib.

Onun sözlərinə görə, fitrə zəkatını buğda, arpa, xurma, kişmiş, düyü və qarğıdalı kimi məhsullardan, eləcə də pul şəklində vermək olar.

“Belə ki, ailədə hər adambaşına 3 kiloqram bu məhsullardan fitrə zəkatı verilə bilər. Lakin Qafqaz Müsəlmanları İdarəsi tərəfindən fitrənin pul şəkilində çıxarılması tövsiyə olunur. Bu il üçün isə bu zəkatın ortalama olaraq ailə üzvü hesabına 10-15 manat fitrə çıxarılması məqsədəuyğundur”, – deyə o qeyd edib.