FİNLANDİYA SƏFİRLİYİ AZƏRBAYCANIN İRANDAKI SƏFİRLİYİNƏ TERROR HÜCUMU İLƏ ƏLAQƏDAR PAYLAŞIM EDİB

Finlandiyanın Cənubi Qafqaz üzrə səfirliyi Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu qınayan paylaşım edib.

Səfirliyin tviter hesabındakı paylaşımda bu dəhşətli hadisənin dərin kədər hissi ilə qarşılandığı qeyd olunub. İnsan həyatına qarşı hər cür zorakılığın pisləndiyi paylaşımda terror hücumu nəticəsində həlak olan Azərbaycan vətəndaşının ailə üzvlərinə başsağlığı verilib, yaralıların tezliklə sağalmaları arzu edilib.