FİNLANDİYA PREZİDENTİ PREZİDENT İLHAM ƏLİYEVƏ TƏBRİK MƏKTUBU GÖNDƏRİB

Finlandiya Prezidenti Sauli Niinistö Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

Zati-aliləri!

Azərbaycan Respublikasının müstəqilliyinin 105-ci ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Ölkənizin və xalqınızın firavanlığı və rifahı ilə bağlı ən xoş arzularımı bildirirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.