FİLİPPİNDƏ 5,6 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ BAŞ VERİB

Filippinin Masbate adasının sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri San-Hasinto şəhərindən 12 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 300 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.