
Filippinin Luson adasının sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentrinin Şimali İlokos əyalətinin 102 min əhaliyə malik Laoaq şəhərindən 121 kilometr şimal-şərqdə, ocağının 60 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir, sunami xəbərdarlığı elan edilməyib.