
Prezident İlham Əliyevin tapşırığı ilə FHN xilas etmə qüvvələri Türkiyə yola salınır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) 370 nəfərlik heyəti artıq Heydər Əliyev Hava Limanına gəlib.
Hazırda heyətin Türkiyəyə yola düşməsi üçün son tamamlama işləri görülür.
Qeyd edək ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 76 nəfəri keçib. 440 nəfər yaralı var.

