FHN: XANKƏNDİ YAXINLIĞINDA BAŞ VERMİŞ YANĞINLA BAĞLI AXTARIŞ-XİLASETMƏ ƏMƏLİYYATI YEKUNLAŞIB, XİLASEDİCİLƏRİMİZ 48 NƏFƏRİN CƏSƏDİNİ ÇIXARIBLAR

Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın və partlayış hadisəsi ilə əlaqədar Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) axtarış-xilasetmə əməliyyatını sona çatdırıb.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, həyata keçirilən əməliyyat nəticəsində FHN-in xilasediciləri tərəfindən 48 nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin qüvvələr tərəfindən hadisə baş vermiş ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.