FHN-İN ÜÇÜNCÜ YANĞIN-XİLASETMƏ QRUPU TÜRKİYƏYƏ YOLA DÜŞÜB

Fövqəladə Hallar Nazirliyini üçüncü yanğın-xilasetmə qrupu Türkiyəyə yola düşüb.

Qrup 150 nəfər şəxsi heyət, 40 ədəd texnikadan ibarətdir.

Bir ədəd amfibia təyyarəsi isə səhər saatlarında yola salınıb.

Qeyd edək ki, hazırda Fövqəladə Hallar Nazirliyinin iki yanğın-xilasetmə qrupu Türkiyədə davam edən meşə yanğınlarının söndürülməsi prosesində iştirak edir.