FHN-İN TÜRKİYƏYƏ HUMANİTAR YARDIM APARMIŞ NƏQLİYYAT VASİTƏLƏRİNİN BİR HİSSƏSİ BAKIYA YOLA DÜŞÜB 

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə humanitar yardım aparmış Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı nəqliyyat vasitələrindən ibarət ilk avtomobil karvanı Bakı şəhərinə yola düşüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tərkibinə 14 ədəd avtomobilin daxil olduğu karvan martın 7-də səhər saatlarında Kahramanmaraş şəhərindən yola çıxıb.