
Prezident İlham Əliyevin tapşırığına əsasən güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Türkiyəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyət göstərir.
Nazirlikdən verilən məlumata görə, hospitallarda indiyə qədər 512 nəfərə tibbi xidmət göstərilib.
“Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalları fasiləsiz fəaliyyətini davam etdirir”, – açıqlamada deyilir.


