FHN-İN NÖVBƏTİ HUMANİTAR YARDIMINDAN İBARƏT AVTOMOBİL KARVANI TÜRKİYƏYƏ ÇATIB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə 8 fevral tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi təyinatlı nəqliyyat vasitələri ilə yola salınmış növbəti humanitar yardım karvanı bu gün Türkiyənin Kahramanmaraş rayonuna çatıb.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, 260 ədəd çadır, 300 ədəd çarpayı, 2 ədəd böyük gücə malik generator, 8 min geyim dəsti, 20 min cüt corab, 350 ədəd masa, 1000 ədəd oturacaq, 5 min ədəd iplik dəsmal və digər ləvazimatlardan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.