Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması haqqında Fərman imzalayıb.
Fərmana əsasən, Fövqəladə Hallar Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Fövqəladə Hallar Nazirliyi və Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.