FHN DƏ ŞƏHİD STATUSU İLƏ BAĞLI ARAYIŞ VERƏ BİLƏCƏK

Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına dəyişiklik edilib.

Nazirlər Kabinetindən verilən məlumata görə, qərar “Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 iyul tarixli 1773 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilib.

Həmin Qərar ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na edilmiş dəyişikliyə əsasən digər qurumlarla yanaşı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (kadrlar idarəsinin) verdiyi arayışla da şəhid ailəsi statusu təsdiq olunacaq və şəhid ailəsi statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində həmin qurum tərəfindən müvafiq məlumat Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil ediləcək.