FHN: BAKI SEXDƏ BAŞ VERMİŞ PARTLAYIŞLA ƏLAQƏDAR DAĞINTILAR ALTINDAN DAHA BİR ŞƏXSİN CƏSƏDİ TAPILIB

Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri Bakı şəhərinin Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar axtarış-xilasetmə əməliyyatı nəticəsində dağıntılar altından daha bir şəxsin cəsədini tapıb.

Bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.