FHN: AMFİBİYA TƏYYARƏSİ TÜRKİYƏDƏKİ MEŞƏ YANĞINLARI İLƏ MÜBARİZƏ TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə kömək göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Ötən gün ərzində təyyarə Bolu – Gerede istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub. Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir.