FEVRALDA ONLAYN MEDİA RESURSLARINDA SIĞORTA ŞİRKƏTLƏRİNİN FƏALİYYƏTİNİ ƏKS ETDİRƏN 557 MƏQALƏ YAYIMLANIB

Cari ilin fevral ayında onlayn mediada sığorta şirkətlərinin fəaliyyətinə həsr olunan 557 yazı dərc olunub. Bu barədə Media Təhlil Mərkəzinin (MTM) 2025-ci ilin fevral ayı üzrə müxtəlif qurumların fəaliyyətinin onlayn mediada işıqlandırılması barədə hesabatında qeyd olunub.

Cari ilin fevral ayında sığorta şirkətləri barəsində dərc olunan məqalələrin 113-ü “Xalq Həyat Sığorta” ilə bağlı olub. Bu rəqəm ümumi göstəricinin 20,3%-ni təşkil edib. İlk üçlüyə daxil olan digər iki şirkətin – “PAŞA Sığorta” və “Qala Sığorta”nın hər birinin media aktivlik indeksi isə 44-ə bərabər olub.

Sənədə əsasən, son 1 ildə sığorta şirkətlərinin fəaliyyətinin onlayn mediada işıqlandırılması ilə bağlı ən yüksək nəticə 2024-cü ilin iyun ayında qeydə alınıb. Həmin ay onlayn mediada sığorta şirkətləri ilə bağlı 1562 yazı dərc olunub.