FEVRAL AYINDA MEDİA AKTİVLİK İNDEKSİ 453-Ə BƏRABƏR OLAN KAPİTAL BANK BANKLAR ARASINDA LİDER OLUB

2025-ci ilin fevral ayında onlayn mətbuatda bankların fəaliyyəti ilə bağlı 2129 məqalə dərc olunub ki, bu da ötən ilin eyni dövründə qeydə alınan göstəricidən 774 vahid azdır. Bu barədə Media Təhlil Mərkəzinin (MTM) 2025-ci ilin fevral ayı üzrə müxtəlif qurumların fəaliyyətinin onlayn mediada işıqlandırılması barədə hesabatında qeyd edilib.

Sənədə əsasən, cari ilin fevral ayında onlayn mediada məqalə sayına görə ilk sıranı “Kapital Bank” tutsa da, bu il dərc edilən yazıların sayı ötən ilin eyni dövrü ilə müqayisədə az olub. Daha dəqiq desək, ötən ilin fevral ayında onlayn mediada “Kapital Bank”la bağlı 630 məqalə dərc olunmuşdusa, bu ilki göstərici 453-ə bərabər olub.

Qeyd edək ki, ikinci sıranı “Azərbaycan Beynəlxalq Bankı” (392), üçüncü sıranı isə “Bank Respublika” (295) tutub.