FERNANDO ALONSO REKORDA İMZA ATIB

“Aston Martin” komandasının pilotu Fernando Alonso rekorda imza atıb.

Xarici mətbuat xəbər verir ki, ispaniyalı sürücü karyerasında 400-cü dəfə Formula 1 Qran-Prisində iştirak edib. O, Meksikada keçirilən yarışın ikinci sərbəst məşqində Felipe Druqoviçi əvəzləyib.

F.Alonso bu rəqəmə çatan ilk pilot olub.

Qeyd edək ki, təcrübəli sürücü 2005-ci və 2006-cı illərdə iki dəfə Formula 1 Qran-Prisinin qalibi olub.