Türkiyənin “Qalatasaray” futbol klubunun baş məşqçisi Fatih Terim istefaya göndərilib.
Bunu İstanbul klubunun prezidenti Burak Elmas elan edib.
Qeyd olunur ki, qərar “Qalatasaray”ın idarə heyətinin bugünkü iclasında qəbul edilib.
Xatırladaq ki, F.Terim 2017-ci ildə klubun baş məşqçisi təyin olunmuşdu. O, bundan əvvəl 1996-2000, 2002-2004 və 2011-2013-cü illərdə də kluba rəhbərlik etmişdi.