FAKTİKİ HAVA: XINALIQDA SULU QAR YAĞIB

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mayın 17-si saat 16:00-a olan məlumatına əsasən Şabran, Quba, Altıağac, Xaltan, Göygöl, Daşkəsəndə şimşək çaxıb, arabir yağış yağıb.

Xidmətdən verilən məlumata görə, Xınalıqda sulu qar qeydə alınıb.

Bakıda və Abşeron yarımadasında da arabir yağış yağıb.

Şimal-qərb küləyi əsib, arabir Salyanda saniyədə 23, Altıağacda 21, Neftçalada 20, Cəfərxanda 15, Bakıda və Abşeron yarımadasında arabir 17 metrədək güclənib.