İyulun 17-si saat 10:00-a olan məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin iyulun 16-sı günün ikinci yarısında bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yağıntının miqdarı Şahdağda 11, Qrız, Xınalıqda 5, Şəki, Xaltan, Şabran, Qusar, Altıağac, Daşkəsən, Göygöl, Oğuz, İsmayıllı, Yevlax, Göyçayda 3 millimetrədək olub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan Muxtar Respublikasında 35, Aran rayonlarında 36, dağlıq rayonlarda 28 dərəcəyədək isti olub.