FAKTİKİ HAVA: ƏSASƏN DAĞLIQ VƏ DAĞƏTƏYİ RAYONLARDA QISAMÜDDƏTLİ LEYSAN YAĞIB

İyulun 20-si saat 11:00-a olan məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Sədərəkdə 2, Naxçıvan, Şərur, Tovuz, Balakən, Gədəbəy, Şəmkir, Şamaxı, Daşkəsən, Şahdağ, Lerikdə 1 millimetrədək olub.

Lerik, Şahdağ və Qrızda duman müşahidə olunub.

Şərq küləyi “sarı” xəbərdarlığa uyğun olaraq Culfada arabir 17 metr/saniyəyədək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan Muxtar Respublikasında 35, Aran rayonlarında 37, dağlıq rayonlarda isə 26 dərəcəyədək isti olub.