Milli Hidrometeorologiya Xidmətinin iyulun 3-ü saat 9:00-a olan məlumatına əsasən, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb, Şahdağda yağış intensiv olub.
Xidmətdən verilən məlumata görə, düşən yağıntının miqdarı Şahdağda 22 millimetr, Kürdəmir, Gədəbəy, Daşkəsəndə 10 millimetr, Gəncə, Qusar, Qrız, Sədərək, Şəki, Göygöl, Astara, Altıağac, Şamaxı, Quba, Xaltan, Qobustan, Qax, Sabirabad, İsmayıllı, Qəbələ, Naftalan, Balakən, Göyçay, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Zaqatala, Şəmkir, İmişli, Oğuz, Şərur, Şahbuz, Culfa, Naxçıvanda 8 millimetrədək, Bakıda və Abşeron yarımadasında da 1 millimetrədək olub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan Muxtar Respublikasında və Aran rayonlarında 30, dağlıq rayonlarda 17-21 dərəcə isti olub.