FACİƏYƏ ÇEVRİLMİŞ BAYRAM: İSRAİLDƏ MİLLİ MATƏM ELAN OLUNUB

İsrailin baş naziri Binyamin Netanyahu dini bayramda baş vermiş faciə ilə əlaqədar ölkədə milli matəm elan edib.
İsrail KİV-lərinin məlumatına görə, Baş nazir videomüraciətində Meron dağında baş verənləri ölkə tarixinin ən ağır fəlakətlərindən biri adlandırıb və bazar gününü milli matəm günü elan etdiyini bildirib.
Aprelin 30-na keçən gecə Meron dağında Laq ba-Omer dini bayramında tribunanın çökməsi nəticəsində basırıq yaranıb. Mərasimdə 100 mindən çox insan olub. Hadisə nəticəsində aralarında uşaqlar da olmaqla, 44 nəfər həyatını itirib, azı 150 nəfər yaralanıb.