“FACEBOOK” AZƏRBAYCANLILARIN ŞİKAYƏTİNDƏN SONRA ERMƏNİ TERRORÇUYA HƏSR OLUNMUŞ SƏHİFƏNİ BAĞLAYIB

“Facebook” sosial şəbəkəsi erməni terrorçu Monte Melkonyana həsr olunmuş səhifəni bağlayıb.

Ermənistan KİV-lərinin məlumatına görə, bu barədə Ermənistanın ombdusmanı Arman Tatoyan bildirib.

Qeyd olunur ki, səhifə azərbaycanlı istifadəçilərin şikayətindən sonra bloklanıb.

A.Tatoyanın sözlərinə görə, “Facebook” səhifənin bağlanması ilə bağlı hər hansı bir şərh verməyib.