FƏRİD QAYIBOV MİLLİ OLİMPİYA KOMİTƏSİNİN VİTSE-PREZİDENTİ SEÇİLİB

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) onlayn formatda VIII hesabat-seçki Baş Məclisi keçirilib.

MOK-dan verilən məlumata görə, hesabat-seçki Baş Məclisi öz işini başa çatdırdıqdan sonra Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası olub.

İclasda Azər Əliyev MOK-un baş katibi, Çingiz Hüseynzadə, Fərid Qayıbov və Zemfira Meftaxetdinova MOK-un vitse-prezidentləri seçiliblər. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə İcraiyyə Komitəsinin yeni seçilmiş üzvlərini təbrik edərək, onlara uğurlar arzulayıb.