Türkiyənin “Fənərbağça” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Klubun rəsmi saytı xəbər verir ki, İstanbul təmsilçisinin sükanı arxasına İsmail Kartal gətirilib.
60 yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb. O, bu postda Vitor Pereyranı əvəz edib.
İmsail Kartal 2014/2015 mövsümündə “Fənərbağça”nı çalışdırıb. Təcrübəli mütəxəssis “sarı-lacivərtlilər”in baş məşqçisi kimi 46 oyunda komandanı meydana çıxarıb. “Fənərbağça” bu matçlarda 30 qələbə, 10 heç-heçə və 6 məğlubiyyətlə yadda qalıb.