EŞQİ BAĞIROV: 2024-CÜ İLDƏ AĞDAM, CƏBRAYIL, FÜZULİ RAYONLARINDA YENİ MƏKTƏB BİNALARI TİKİLƏCƏK

“Növbəti il üçün əsaslı təmir və yenidən tikintisi nəzərdə tutulan 50-ə yaxın məktəb var”.

Bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda söyləyib. O bildirib ki, işğaldan azad olunan ərazilərdə yeni məktəblərin tikintisi nəzərdə tutulub.

“2024-cü ildə Ağdam, Cəbrayıl, Füzuli rayonlarında yeni məktəblərin tikintisi aparılacaq”, – deyə Eşqi Bağırov qeyd edib.