
Vətən müharibəsi dövründə Ermənistanın raket atəşi nəticəsində 6 məktəb binasına ciddi ziyan dəydiyindən onların bərpası mümkün olmadı. Hazırda həmin binaların yenidən qurulması və yaxud yenidən tikilməsi ilə bağlı işlərə başlanılıb. Növbəti tədris ilinədək həmin məktəb binalarının və Gəncədə bir məktəb binasının tamamilə yenidən inşasını tamamlayacağıq.
Bunu təhsil naziri Emin Əmrullayev Gəncədə jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, bu təqvim ilinin sonuna kimi 88 təhsil müəssisəsinin bərpası və yenidən qurulması planlaşdırılır. Bu günə kimi onlardan 55-i açılıb və ya bu günlərdə açılacaq.