ERMƏNİSTANIN GƏNCƏYƏ RAKET ATƏŞİ ZAMANI ÇƏKİLƏN FOTO TÜRKİYƏDƏ İLİN MEDİA FOTOSU SEÇİLDİ

Ermənistanın Gəncəyə raket atəşi zamanı çəkilən foto Türkiyədə ilin media fotosu seçilib.
“Sabah” qəzetinin müxbiri Uğur Yıldırımın çəkdiyi fotoda Gəncəyə raket atılan zaman bir qadının yaxınının olüm xəbərini alması anı əks olunub.
O, 5188 foto arasından seçilib. U.Yıldırımın Şuşa zəfəri sonrası insanların sevincini əks etdirən fotosu da mükafat qazanıb.