Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Artak Davtyan vəzifəsindən azad edilib.
Ermənistan KİV-lərində yayılan məlumata görə, bu barədə qərarı ölkə prezidenti vəzifələrini icra edən Alen Simonyan imzalayıb.
İstefa qərarının səbəbləri açıqlanmayıb. Qeyd olunur ki, A.Davtyanın adı 2021-ci ilin sentyabrında ortaya çıxan kütləvi vəsaitin mənimsənilməsi qalmaqalında hallanırdı. O zaman sabiq müdafiə naziri David Tonoyan saxlanılmışdı.
Xatırladaq ki, 2020-ci ilin iyununda baş qərargah rəisi vəzifəsindən istefa vermiş Artak Davtyan 2021-ci ilin martında yenidən təyin olunmuşdu.