ERMƏNİSTANIN BAŞ NAZİRİNƏ ETİMADSIZLIQ GÖSTƏRİLMƏSİ İLƏ BAĞLI LAYİHƏ PARLAMENTƏ TƏQDİM OLUNUB

Ermənistanın baş nazirinə etimadsızlıq göstərilməsi ilə bağlı layihə parlamentə təqdim olunub

Ermənistanın baş naziri Nikol Paşinyana etimadsızlıq göstərilməsi ilə bağlı məsələ yenidən gündəmə gətirilib.

Ermənistan parlamentindəki müxalif “Şərəfim var” fraksiyası baş nazir Nikol Paşinyana qarşı etimadsızlığa dair layihəni parlamentə təqdim edib.

Partiyanın parlamentdəki fraksiyasının rəhbəri Hayk Mamicanyan deyib ki, baş nazirə etimadsızlıq məsələsi tələb olunan 36 imza toplanacağı təqdirdə parlamentdə müzakirə oluna bilər. Təşəbbüskar “Şərəfim var” fraksiyasının 6 deputatı artıq var. Parlamentdə 28 yeri olan “Ermənistan” fraksiyasının dəstək verib-verməyəcəyi də hələlik bəlli deyil. Amma yenə də 2 imza çatışmır.

Təşəbbüsün parlament tərəfindən qəbul olunması, yaxud baş nazirin impiçment edilməsi üçün isə minimum 54 deputatın səsi lazımdır. Yəni bunun üçün hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının 18 deputatının da səsi lazım olacaq.

Hakim fraksiyadan təşəbbüsə dəstək verən yoxdur.