
Ermənistan ona məxsus olan 4 ədəd müasir “SU 30” təyyarəsini Ukraynada hərbi əməliyyatlarda istifadə etmək üçün Rusiyanın ixtiyarına verib. Təyyarələrin erməni pilotlar tərəfindən idarə olunduğu bildirilir. Bu, onu deməyə əsas verir ki, Ermənistan Ukraynaya qarşı aparılan hərbi əməliyyatlara qoşulub. Bütün dünya Belarusun müharibəyə qoşulacağını güman etsə də, Ermənistan onu qabaqladı və qarşıdurmanın iştirakçısına çevrildi. Güman etmək olar ki, bu gün Ukraynanın şəhərlərinin, infrastrukturunun dağıdılmasında Ermənistanın da “töhfələri” var. Azərbaycandan aldığı zərbə Paşinyan hakimiyyətinə yetmədi, Ermənistanın rəhbəri indi öz ölkəsini ciddi zərbə altına qoydu. Bundan əvvəl də Ukraynada vuruşmaq üçün Suriyadan gətirilən silahlıların döyüş zonasına göndərilməsində Ermənistanın rolunun olduğu bildirilmişdi. Rusiyaya hərbi, iqtisadi və digər yardım göstərən istənilən ölkəyə qarşı ciddi tədbirlər görüləcəyini bəyan edən ABŞ, Qərb ölkələri Ermənistanın bu addımına reaksiya verəcəkmi? Bu ölkəyə də sanksiyalar tətbiq olunacaqmı? Ermənistan ictimaiyyəti və mediası ölkə rəhbərliyindən təyyarələrin harada olduğunu soruşmalıdır.