ERMƏNİSTANDAN NÖVBƏTİ TƏXRİBAT – İRƏVANDA STADİONA QONDARMA REJİMİN “BAYRAĞI” GƏTİRİLİB 

Ermənilər ucuz təxribatlar törətməklə özlərini gülüş obyektinə çevirmək üçün bir fürsəti də əldən vermirlər.

Onlar bu dəfə bunun üçün AVRO-2024-də Xorvatiya millisi ilə oyunu yarımçıq qoyublar.

Belə ki, Ermənistan tərəfi meydançaya pilotsuz uçuş aparatı ilə separatçıların qondarma əski parçasını çıxarıblar və o stadion üzərində dövrə vurub. Stadionda Ermənistan dövlətinin rəsmi şəxsləri də olublar. Onların arasında Ermənistan parlamentinin spikeri Alen Simonyanın adını qeyd etmək olar. O bu mənzərəni gülərək alqışlarla qarşıladı.