ERMƏNİSTANDA ZƏNGƏZUR DƏHLİZİ İLƏ BAĞLI İŞLƏRƏ BAŞLANILIR

Ermənistan Zəngəzur dəhlizinin ölkə ərazisindəki sahəsinin tikintisinin hazırlığına başlayır.

TASS agentliyinin məlumatına görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, Ermənistan hökuməti Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Mehri sahəsinin tikintisi üzrə hazırlıq işlərinə başlayır.

N.Paşinyan əlavə edib ki, regional kommunikasiyaların açılması böyük imkanlar təqdim edir.