ERMƏNİSTANDA VƏZİYYƏT DAHA DA PİSLƏŞƏ BİLƏR – “FREEDOM HOUSE”

Ermənistanda hərbçilərlə baş nazir Nikol Paşinyan arasındakı gərginlik göstərir ki, vəziyyət daha da pisləşə bilər.

Bu barədə “Freedom House” təşkilatının hesabatında deyilir.

Qeyd olunur ki, Azərbaycanla müharibə Ermənistanda daxili böhranı tətikləyib:

“Bu, 2018-ci ilin “məxməri inqilabı”nın uğurlarını heçə endirir. Ölkədə demokratiya göstəriciləri inqilabdan sonra azalmağa başlayıb və ötən il baş verən hadisələr, o cümlədən hərbçilərlə baş nazir Nikol Paşinyan arasındakı gərginlik göstərir ki, vəziyyət daha da pisləşə bilər”.