ERMƏNİSTANDA BAŞ VERƏN ZƏLZƏLƏ AZƏRBAYCANIN SƏRHƏD RAYONLARINDA HİSS OLUNUB

Avqustun 21-də Tovuz stansiyasından 39 kilometr cənub-qərbdə Ermənistan ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 13:59-da qeydə alınan zəlzələnin ocağı 2 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 4,2-yə bərabər olan zəlzələ Azərbaycanın sərhəd rayonlarında 3 bala qədər hiss olunub.