
Ermənistanın xarici işlər nazirinin müavini Qagik Qalaçyan vəzifəsindən istefa verib.
Erməni KİV-lərinin məlumatına görə, bu barədə o, özü bildirib.
Bundan başqa, XİN-in mətbuat katibi Anna Naqdalyan da istefa verdiyini açıqlayıb.
Xatırladaq ki, ötən həftə nazir vəzifələrini icra edən Ara Ayvazyan da istefa vermişdi.