ERMƏNİSTAN XİN BİNASI QARŞISINDA ETİRAZ AKSİYASI KEÇİRİLİR

Ermənistan Xarici İşlər Nazirliyinin binası qarşısında kütləvi etiraz aksiyası keçirilir.

Aksiya iştirakçıları ölkədəki siyasi məhbusların azad olunmasını tələb edirlər. Onlar, həmçinin İrəvanda səfərdə olan Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriçdən Ermənistanda siyasi məhbuslar məsələsi ilə bağlı AŞPA-da dinləmələr keçirməyi tələb etmək niyyətindədir.

Qeyd edək ki, Mariya Peyçinoviç Buriç Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və digər rəsmi şəxslərlə görüşlər keçirəcək.