ERMƏNİSTAN TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİ TƏNZİMLƏMƏYƏ HAZIRDIR – ERMƏNİSTAN XİN

Ermənistan hökuməti Rusiya tərəfini Türkiyə ilə münasibətləri ilkin şərtlər olmadan tənzimləməyə hazır olduğu barədə məlumatlandırıb. Bunu TASS agentliyinə açıqlamasında Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan deyib.Onun sözlərinə görə, Rusiya da bu prosesi dəstəkləməyə hazır olduğunu bildirib.O, əlavə edib ki, hazırda tərəflər arasında hər hansı bir danışıqlar aparılmır.