ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN BAŞ QƏRARGAH RƏİSİNİN MÜAVİNİ SAXLANILIB

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini Stepan Qalstyan saxlanılıb.

Bu barədə erməni KİV-ləri məlumat verir.

Qeyd olunur ki, S.Qalstyan yararsız silah-sursatın satın alınması işi ilə bağlı saxlanılıb. Onun evində axtarış aparılıb.

Xatırldaq ki, ötən gün bu məsələ ilə bağlı sabiq müdafiə naziri David Tonoyan və iş adamı David Qalstyan saxlanılmışdı.

Onlar barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.