ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİ KƏLBƏCƏR İSTİQAMƏTİNDƏ NÖVBƏTİ TƏXRİBATA ƏL ATIB

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində növbəti təxribata əl atıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, dekabrın 9-u saat 15.00 radələrində Ermənistan hərbi bölmələri Basarkeçər rayonu istiqamətində yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonundakı mövqelərini atəşə tutub.

Ordumuzun bu istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.