ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİ BİRLƏŞMƏLƏRİNƏ MƏXSUS KVADROKOPTER AŞKAR EDİLİB

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra ərazilərə baxış keçirilərkən döyüş mövqelərindən birində Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter mərmiləri ilə birgə aşkar edilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məhz bu tip kvadrokopterlərə quraşdırılmış mərmilər vasitəsilə mövqelərimiz atəşə məruz qalırdı.