ERMƏNİSTAN SƏRHƏDDƏKİ TƏXRİBATI ZAMANI VERDİYİ İTKİLƏRİN BİR HİSSƏSİNİ AÇIQLAYIB

Ermənistan Müdafiə Nazirliyi noyabrın 16-da Ermənistan-Azərbaycan sərhədində törətdiyi təxribat nəticəsində 6 erməni hərbçinin həlak olduğunu etiraf edib.

Erməni KİV-lərinin məlumatına görə, bu barədə nazirliyin mətbuat xidməti bildirib.

Nazirlik həlak olanların beşinin adını açıqlayıb, daha birinin şəxsiyyəti müəyyənləşdirilir.

Eyni zamanda açıqlamada bildirilir ki, Rusiya tərəfinin vasitəçiliyi ilə itkin düşmüş hərbçilərin axtarışları davam etdirilir.