ERMƏNİSTAN MEDİASININ PAŞİNYAN ÜÇÜN “APREL ZARAFATI”

Ermənistan mətbuatında Baş nazir Nikol Paşinyanın istefaya gedəcəyi ilə bağlı yayılan məlumatlar reallığa uyğun deyil.

“Armyanskoye vermya” qəzeti bu barədə hökumət başçısının müavini Taron Çaxoyana istinadla məlumat yayıb. “Sizdən xahiş edirəm ki, bu cür xəbərləri ciddiyə almayasınız”, – deyə baş nazirin müavini bildirib.

Nikol Paşinyanın istefa vermək və 2024-cü il sentyabrın 10-na növbədənkənar parlament seçkiləri təyin etmək planları barədə məlumat dərc edən Armlur.am portalı sonradan bu xəbərin “aprel zarafatı” olduğunu yazıb.