ERMƏNİSTAN KTMT-NİN SAMMİTİNDƏ İŞTİRAK ETMƏYƏCƏK

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 23-də Minskdə keçiriləcək sammitində iştirak etməyəcək.

Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı KTMT-nin noyabrın 23-də Minskdə keçirilməsi planlaşdırılan sammitində iştirak edə bilməyəcəyi barədə məlumat verib.

N. Paşinyan tərəfdaşların bu qərarı anlayışla qarşılayacaqlarına ümid etdiyini bildirib.