ERMƏNİSTAN AZƏRBAYCANLA SƏRHƏDLƏRİN DELİMİTASİYASI VƏ DEMARKASİYASINA BAŞLAMAĞA HAZIRDIR

Ermənistan hökuməti Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlamağa hazırdır.

TASS-ın yaydığı məlumata görə, bunu Ermənistan Təhlükəsizlik şurasının katibi Armen Qriqoryan Nazirlər Kabinetinin iclası zamanı deyib.

O, əlavə edib ki, Ermənistan işçi qrupun bütün təkliflərini müzakirə etməyə hazırdır.