Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan-Ermənistan sərhədində buraxılış məntəqələrinin yaradılması haqqında qərar imzalayıb.
Bu barədə Ermənistan hökumətinin saytında məlumat verilir.
Ermənistan hökumətinin rəsmi saytında yerləşdirilən sənəddə Qarabağdakı yaşayış məntəqələrinin və rayonlarının əsl – azərbaycanlı – toponimləri yer alıb.
Beləliklə, yoxlama məntəqələri aşağıdakı ərazilərdə quraşdırılacaq:
– “Sotk” (“Kəlbəcər”), Geqarkunik rayonu (Kəlbəcər rayonu)
– “Yerasx” (“Sədərək”), Ararat rayonu (Sədərək rayonu)
– “Karaunc” (“Eyvazlı”), Sünik rayonu (Qubadlı rayonu).
Qeyd olunur ki, sərəncam rəsmi dərc edildiyi gündən sonrakı gün qüvvəyə minir.