ERMƏNİSTAN-AZƏRBAYCAN PARLAMENT KOMİSSİYASININ YARADILMASI TƏKLİF OLUNUB

Azərbaycan və Ermənistan parlamentləri arasında komissiyanın yaradılması təklif edilir.

Bu təkliflə deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib.

O qeyd edib ki, artıq ermənilər özləri də etiraf edir ki, Azərbaycanla sülh müqaviləsi imzalanmasa, Ermənistan inkişaf edə bilməz.

“Artıq bunu özləri etiraf edirlər və biz də bundan istifadə etməliyik. Erməni parlamenti ilə münasibətləri gücləndirməliyik. Parlamentdə bu istiqamətdə komissiyanın yaradılmasına ehtiyac var”, – deyə F.Mustafa əlavə edib.